"Qalatasaray" Sneyderin yerinə dünya ulduzu gətirir

"Qalatasaray" Sneyderin yerinə dünya ulduzu gətirir
20:07 14 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Uesli Sreyderə əvəzləyici tapıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Hatem Ben Arfanı transfer etmək istəyir.


Uesli Sneyderin baş məşqçi İqor Tüdorla münasibətləri yaxşı deyil. Rəhbərlik də onu bu yay yola salmaq istəyir. Holland ulduzla yollarını ayıracaq "Qalatasaray" onun yerinə PSJ-nin ulduzunu transfer etmək niyyətindədi. Artıq bu yöndə danışıqlar başlayıb. Türklər Tunis əslli fransalı futbolçunun transfer qiymətini endirməyə çalışır.


Qeyd edək ki, Hatem Ben Arfa ötən yay "Nyukasl"la müqaviləsi başa çatdığı üçün PSJ-yə pulsuz transfer olunub. "Transfermarkt" hazırda ona 14 milyon avro qiymət qoyub. 30 yaşlı yarımmüdafiəçi 32 rəsmi oyunda meydana çıxaraq 4 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-sneyderin-yerin-dunya-ulduzu-gtirir-t58073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR