AFFA Prosineçkiyə 2 milyon qiymət qoyub?

AFFA Prosineçkiyə 2 milyon qiymət qoyub?
20:17 14 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Robert Prosineçkinin xarici klublara keçidi müzakirə mövzusu olaraq qalır. Millimizin xorvat məşqçisinin adı əsasən Türkiyə və İspaniya klubları ilə yanaşı çəkilir.


Türkiyənin "Bursaspor" klubu hələ qışda onu baş məşqçi postuna dəvət etmiş, amma tərəflər anlaşa bilməmişdi. Həmin vaxt yayılan xəbərlərdə AFFA-nın 2 milyon avro təzminat tələb etdiyi bildirilirdi.


Bu məsələ yenidən gündəmə gəlib. Dünən yayılan xəbərlərdə bildirilirdi ki, Prosineçki artıq "Bursaspor"la anlaşıb və illik 1,1 milyon avro maaş alacaq. Amma mütəxəssin meneceri Yaşar Çalışır xəbəri dərhal təkzib etmişdi. Bundan başqa, AFFA-nın Prosineçkiyə görə 2 milyon avro tələb etməsi məsələsi də yenidən qabardılıb.


Bəs həqiqətən AFFA xorvat mütəxəssisə görə təzminat tələb edirmi? Fanat.Az xəbər verir ki, Yaşar Çalışır Türkiyə mətbuatına açıqlamasında bu iddianı təkzib edib: "2 milyonluq təxminat iddiası doğru deyil. Hər müqavilənin özünə görə fərqliliyi olur. İki tərəf arasında qarşılıqlı xoş münasibətlər var. Prosineçki Azərbaycandan yalnız iki tərəfin anlaşması halında ayrıla bilər. Bu zaman hansı komanda istəsə danışıqlar apara bilərik". 


Menecer Türkiyə klubları ilə danışıqlar aparmadıqlarını da bildirib: "Bu ana qədər heç bir türk klubu ilə görüşümüz olmayıb. Bura "Bursaspor" və "Konyaspor" da daxildi. Xaricdən bəzi klublarla görüşmüşəm. İspaniyadan önəmli bir klubla danışıqlar aparmışıq. Amma bu ana qədər anlaşdığımız heç bir klub yoxdu. "Konyaspor"dan keçmiş klub rəsmilərindən biri əlaqə saxlayıb. Amma nə mən, də Prosineçki onlarla görüşüb. "Bursaspor"la da son dövrlər əlaqəmiz olmayıb. Sadəcə yanvar ayında Bakıya gələrək bizimlə görüşdülər. Amma AFFA Prosineçkini buraxmaq istəmədi".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-prosineckiy-2-milyon-qiymt-qoyub-t58080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR