Çempion cüdoçu: "Qalib gəlməli idim"

Çempion cüdoçu: "Qalib gəlməli idim"
20:22 14 May 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

"Finaldakı rəqibimlə dörd dəfə görüşmüşdüm. İki dəfə mən, iki dəfə də o, qalib gəlmişdi. Şükürlər olsun ki, bu gün qalib gəldim və qalib gəlməli idim".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə 90 kq çəki dərəcəsində qızıl medal qazanan idmançımız Məmmədəli Mehdiyev deyib.

O qeyd edib ki, yarışın Azərbaycanda keçirilməsi idmançıların məsuliyyətini daha da artırır: "Azarkeşlər bizi alqışlayır, bizdən qələbə gözləyir. Ona görə də məsuliyyətimiz daha çox olur ki, qalib gələk. Şükürlər olsun ki, qalib gəldim".

Cüdoçu bildirib ki, bəzi insanlar onun qalib gələcəyinə inanmırdılar: "Həmin insanlara da hər şeyi sübut etdim. Qələbəyə inanmayan insanlar olmasaydı, bəlkə heç çempion olmayacaqdım. Canları sağ olsun, onlar məni bərkitdi".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR