"Bu qələbə karyerama qızıl hərflərlə yazılıb" - Ramilə Kaştayeva

"Bu qələbə karyerama qızıl hərflərlə yazılıb" - Ramilə Kaştayeva
20:22 14 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında qələbə karyerama qızıl hərflərlə yazılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu parücüdo üzrə 70 kq çəki dərəcəsində qızıl medal qazanmış azərbaycanlı paracüdoçu Ramilə Kaştayeva deyib.

Qızıl medal qazanmış idmançı deyib: "Mən dünya və Avropa birinciliklərinin mükafatçısı və Paralimpiadanın iştirakçısı olmuşam. Amma İslamiadaya xüsusi şəkildə hazırlaşırdım. Çünki doğma meydanda yalnız birinci yeri hədəfləmişdim".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR