Masallıda VAZ-2106 və “Hyundai” toqquşub: 3 yaralı

Masallıda VAZ-2106 və “Hyundai” toqquşub: 3 yaralı
20:22 14 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Ələt-Astara magistralının Masalı rayonunun Qəçöl  kəndindən keçən hissəsində qeydə alınıb.
 
"VAZ-2106" markalı avtomobillə "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"-nın sürücüsü və sərnişini, Masallının Təzəkənd kənd sakinləri 1978-ci il təvəllüdlü Bünyatov Qismət Balaxan oğlu və 1981-ci il təvəllüdlü Quliyev Elman Murtuza oğlu orta ağır, "Hyundai" avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR