Kişmişli su ilə qaraciyəri qısa müddətdə necə təmizlmək olar?

Kişmişli su ilə qaraciyəri qısa müddətdə necə təmizlmək olar?
20:27 14 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaraciyər oprqanizm üçün həyati vacib orqanlardan biri sayılır. Qaraciyərin işi qandakı toksinləri, zülalları, fermentləri və hormonları sintez etməkdən ibarətdir. Qaraciyər orqanizmdə özünü regenerasiya edə bilən yeganə orqandır. Həyat üçün vacib sayıldığına görə qaraciyər həmişə təmiz və sağlam qalmalıdır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, ancaq, bu həmişə bizim arzuladığımız kimi olmur. Müxtəlif faktor və xəstəliklər, hepatitlər, sirroz və s. qaraciyər toxumasının zədələnməsinə və qaraciyərin funksiyasının pozulmasına səbəb olur. Bu zaman qaraciyər özü-özünü regenerasia edə bilmir və o əvvəlki kimi, oz fəaliyyətini davam etdirmir. Bunu aradan qaldırmaq üçün isə kişmişli suyun faydası əvəzolunmazdır. Bir-neçə gün davamlı olaraq kişmişli su içmək qaraciyər fəaliyyətini yaxşılaşdırır. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır.
Qara kişmiş (yarım stəkan) yaxşıca yuyulur və qazana tökülür. Kişmişin üstünə 3 stəkan su əlavə edilir və qaynamağa qoyulur. Qaynadıqdan bir-neçə dəqiqə sonra qazan odun üstündən götürülür və ağzı örtülrək 24 saat gözlənilir. Sonra bu miqdarda kişmişli su 2 gün müddətində içilir. İstəsəniz suyu isidib içə bilərsiniz.
Ən yaxşı nəticəni əldə eləmək üçün müalicəni ən az bir həftə etmək lazımdır. Bu müalicə qaraciyərdəki yağların, spirtli içkilər səbəbindən meydana gələn zəhərlənmələri aradan qaldırır və qaraciyərin fəaliyytini yaxşılaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR