Azərbaycanlı bərbərdən qeyri-adi üsul: a lovla saç kəsir – VİDEO

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: a lovla saç kəsir – VİDEO
20:42 14 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərbər müştərinin saçlarını formaya salarkən başında necə deyərlər tonqal qalayır. İndi izləyəcəyiniz görüntülər yəqin ki hamını təəccübləndirəcək. Çünki Bakıda bir bərbər uzun saçlı insanların saçını formaya salarkən qəribə üsuldan istifadə edir. Saçları spirtləyərək əməlli başlı alovlandırir. O bunu şou xətrinə etmir. Deyir ki, saçları alovlandırmaq onu düz hala salmaq üçün ən yaxşı vasitədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, saçı yanan şamla kəsənlər haqda eşitmişdik. Hətta bunu şou xətrinə edənlər də çox olub. İndi sizə tanıdacağımız bərbər isə saçı formaya salarkən onu şou üçün yox, məqsədli şəkildə əməlli başlı alovlandırır.
Alovun yaranması üçün saçlara spirt vurulur. Usta bu üsula əl atmasını belə izah edir.
Pünhan usta deyir ki, uzun saçları düz hala salmaq üçün çox vaxt kimyəvi maddələrdən istifadə edilir. Alov isə təbiidir, saçlara heç bir zərəri yoxdur.
Amma bu üsuldan hər kəsin istifadə etməsi məsləhət deyil. Çünki alova bəs edəcək qədər spirtin miqdarını bilmək, eyni zamanda alovun başdakı dərini yandırmaması üçün cəld davranmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR