İlahə Qasımova: İslamiadada uğurlu çıxışdan sonra hədəfim Tokio Olimpiadasına vəsiqə qazanmaqdır

İlahə Qasımova: İslamiadada uğurlu çıxışdan sonra hədəfim Tokio Olimpiadasına vəsiqə qazanmaqdır
20:43 14 May 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışdan sonra hədəfim 2020-ci il Tokio Olimpiadasına vəsiqə qazanmaqdır.

Bunu Trend-ə karate (kumite) yarışlarında 55 kq çəki dərəcəsində gümüş medal qazanmış azərbaycanlı idmançı İlahə Qasımova deyib.

O deyib: “Mən öz Vətənimdə həmişə yaxşı çıxış edirəm. 2015-ci ildə birinci Avropa oyunlarında bürünc medal, bu dəfə isə gümüş medal qazanmışam. Mən qızıl medal da qazana bilərdim. Çünki görüş heç-heçə başa çatdı, lakin hakimlər qələbəni misirli karateçi Yassmin Attiyaya verdi”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR