Azərbaycan elminə ağır itki

Rusiyanın paytaxtı Moskvada şəhərində yaşayan "Şəhriyar" Ədəbi Mədəni cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı, qocaman yazıçımız, tarixçi alim, tədiqiqatçı, həmçinin kino sahəsində xidmətləri olan Əbdül Ənbiya oğlu Hüseynov 92 yaşında qəflətən vəfat edib.

Bu barədə məlumatı "Ölkə.Az" saytına Rusiyada yaşayan tanınmış şair Sultan Mərzili verib.

Sultan Mərzili onu qeyd edib ki, Əbdül Hüseynov soydaşlarımız arasında öz ağsaqqallığı ilə seçilirdi:

"Əbdül müəllim vətənini və millətini çox sevirdi. Onun xatirəsi daima soydaşlarımız arasında yaşacaq".

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR