İki il əvvəl işinin uğursuzluğu həyatını çətinləşdirsə də, əlavə bir istedanı da ortaya çıxarıb. Aldığı ucuz tütəklə gündəlik qazancını çıxardan Vaqif Mustafayev ifa etdiyi bir birindən gözəl musiqilərlə görənlərin diqqətini çəkir. Heçbir not bilmədən, sadəcə bir dəfə dinləməklə onlarla musiqini ifa edə bilir.
Sarıqlı tütəyi ilə ifa etdiyi yanıqlı musiqiləri eşidənlər bu keçiddən ayaq saxlamadan ötüb keçmirlər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əvvəllər bizneslə məşğul olan Vaqif Mustafayev iki ildir ki, aldığı 3 manatlıq tütəklə gündəlik dolanışığını təmin edir ,həm də gəlib gedənlər üçün xoş musiqi ifa edir.
Həm yerli ,həm də ki xarici müsiqilərin əksəriyyətini səlist ifa edən Vaqifin heçbir musiqi təhsili yoxdur.Amma di gəl ki,ifasını dinləmədən keçmək mümkün deyil.
Gənc tütək ifaçısının musiqilərinə biganə qalmırlar.Kimi qəpik ,kimi də 1 manat ataraq onun əziyyətini belə qiymətləndirirrlər.Hətta sırf Vaqifin ifalarını dinləmək üçün hər gün yolunu bu keçiddən salanlar da az deyil .
Bütün günü ayaq üstə sarı gəlini,qarabağ şikəstəsini və onlarla xalq mahnnılarını ifa edən Vaqifin ən böyük istəklərindən bir də konservatoriyada oxuyub gördüyü işin təhsilini almaqdır.
Şənbə bazar demədən işləyən Vaqif insanların onun ifasına münasibətindən çox razıdır.O deyir ki,heç kim ona mane olmur,əksinə yaxınlaşıb toya dəvət edənlər də olur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində