Təkər alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

Təkər alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
21:17 14 May 2017
Ölkə mətbuatı
A- A+

Avtomobil təkərləri alarkən diqqətli olun. Çünki satışda olan əksər təkərlər açıq şəraitdə satılır. Günün və yağışın altında qalan təkərlər isə vaxtından əvvəl sıradan çıxır. Təkər alarkən nələrə diqqət etmək lazımdır? Bu sualın cavabını sujetimizdən biləcəksiniz.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əksər sürücülər təkər alarkən onun hansı şəraitdə saxlanılmasına fikir vermir. Əslində isə burada diqqət ediləsi bəzi məqamlar var.
Hazırda bazarda təkərlər həm açıq, həmdə bağlı şəraitdə satılır. Ustaların dediyinə görə, açıq şəraitdə saxlanılan təkərlərin bağlılarla müqayisədə bir sıra mənfi xüsusiyyətləri var.
Təkər bazarında çəkiliş apararkən də məlum oldu ki, satıcılar bu tələblərə əməl etmir. yəni təkərlər açıq şəkildə satılır. Satıcılar deyirlər ki, xaricdən təkər alarkən ona üzlük vurdurmaq üçün əlavə bir dollar tələb olunur ki, bunda da əksər alıcı maraqlı deyil.
Usata, Sahil Ağabəyli deyir ki, təkərlər mütləq bağlı şəraitdə saxlanılmalıdır. Əks halda onların ömrüz göstəriləndən az olur.
Ustanın sözlərinə görə, açıq şəraitdə deformasiyaya uğramış şinlərin avtomobilə taxılmsı hətta qəzaya da səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/544751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR