İdxal edilən yeni balıq növlərinə sərt nəzarət tətbiq olunacaq - VİDEO

İdxal edilən yeni balıq növlərinə sərt nəzarət tətbiq olunacaq - VİDEO
21:22 14 May 2017
Ölkə mətbuatı
A- A+

Artıq Azərbaycanda iqlimləşdirmək üçün yeni balıq növləri idxal edilə biləcək. Ancaq bununla bərabər sir sıra tələblərdə qoyulub. Mütəxəssislər isə zəhərli balıqlara qarşı diqqətli olmağı tövsiyə edir. Əks halda zəhərli balıq növləri kütləvi zəhərlənmələrə səbəb ola bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Azərbaycanda yetişdirilmək üçün xaricdən yeni balıq növləri və digər su bioresurslarının idxalına icazə veriləcək. Bununla bağlı Nazirlər Kabineti "Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları"nı təsdiq edib.
Qaydalarda nəzərdə tutulur ki, Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınan və müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər məşğul ola bilər.
Qaydalara görə, iqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilməyəcək.
Azərbaycana belə balıqlar əsasən Çin,Viyetnam və Hindistandan gətirlir.Bunların içində genləri dəyişdirilmiş balıqlar da ola bilər. Ekspert Telman Zeynalovun bir sıra zəhərli balıq növlərinin ölkəyə idxal olunma ehtimalına qarşı diqqətli olmağı tövsiyə edir..Əks halda zəhərli balıq növləri kütləvi zəhərlənmələrə səbəb ola bilər.
İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/544757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR