Bakı. Vüqar İmanov - Trend:
"Əsas odur ki, Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır".
Bunu Trend-ə İslam Həmrəyliyi Oyunlarında karate yarışlarında 61 kq çəki dərəcəsində qızıl medal qazanmış azərbaycanlı idmançı Fəridə Abiyeva deyib.
O deyib: “İki il əvvəl Avropa Oyunlarında medalsız qaldım. Bu vaxt ərzində mən ciddi hazırlaşdım və qızıl medal qazanmağa söz verdim. Bu qələbəni bütün Azərbaycan xalqına həsr edirəm. Əsas odur ki, Azərbaycanın himni hər yerdə səslənməli, bayrağı hər yerdə dalğalanmalıdır”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.