Rusiya raketləri hazır vəziyyətə gətirildi

Rusiya Federasiya Şurasının sədri Viktor Ozerov Uzaq Şərqdəki raketdən müdafiə sistemlərinin Şimali Koreyanın raket zərbələri səbəbiylə döyüşə hazır vəziyyətə gətirildiyini, Rusiyanın bu zərbələrin hədəfi olmadığını, lakin hər cür hadisədən qorunmanın vacibliyini söyləyib.

Metbuat.az bildirir ki, daha əvvəl ABŞ Şimali Koreyanın raket sınaqlarını Rusiya ilə sərhəddə yaxın bölgələrdə reallaşdırdığına diqqət çəkib. Ozerov ölkəsinin xarici təhdidləri analiz etmə iqtidarında olmasını da əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR