İslamiada: Azərbaycanın paracüdoçularından 11 medal

İslamiada: Azərbaycanın paracüdoçularından 11 medal
22:57 14 May 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın paralimpiyaçı cüdoçuları daha 7 medal qazanıblar. 


Elçin Talıbov (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) və Kənan Abdullaxanlı (+100 kq) gümüş, Natiq Talıbov (73 kq), Rövşən Səfərov (90 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medal əldə edib.


Ötən gün isə Azərbaycanın qadın paralimpiyaçı cüdoçularından Afaq Sultanova (57 kq) və Ramilə Kaştayeva (70 kq) qızıl, Sevda Vəliyeva (57 kq) və Turanə Ağayeva (70 kq) gümüş medal qazanıblar. Beləliklə, paracüdoçular İslamiadanı 4 qızıl, 4 gümüş, 3 bürünc medalla başa vurublar. 


Qaynarinfo.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiada-azrbaycann-paracudocularndan-11-medal-t58087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR