Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib
23:12 14 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Sinat-Haftanin rayonlarında PKK terror qruplaşmasının obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Onlardan 2-i Zap, 8-i isə Sinat-Haftanin ərazilərində öldürülüb.
Bundan əlavə, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/turkiyenin-herbi-hava-quvveleri-i-raqda-pkk-nin-10-terrorcusunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR