31 yaşlı kişi bıçaqlandı

Tovuzda bıçaqlanma olub.

Metbuat.az bildirir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Samir Hidayət oğlu qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Hüseynov kənd ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR