Konqoda 2 nəfər ebola virusundan öldü

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında iki nəfərin Ebola xəstəliyindən öldüyünü təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

Hazırda tibbi xidmətlər tərəfindən daha 125 nəfərin vəziyyəti yoxlanılır.

Bundan əvvəl Konqoda Ebola virusu üç nəfərin həyatına son qoyub. Ölkədə son dəfə Ebola epidemiyası 2014-cü ildə qeydə alınmışdı. O zaman ölümcül xəstəlikdən 49 insan həyatını itirmişdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR