Mingəçevirdə yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub

Mingəçevirdə yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub
04:27 15 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 15 may. REPORT.AZ/ Mingəçevir şəhərində yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub.
“Report”un Şirvan bürosunun əldə etdiyi məlumata görə, hadisə 20 Yanvar küçəsi, 18 saylı binanın qarşısındakı 4 mərtəbəli köhnə tikilidə qeydə alınıb. 
Belə ki, tibbi ekspertiza rəyi və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin hansı səbəblərdən baş verdiyi və ölənin kimliyi müəyyən edilib. Məlum olub ki, meyiti aşkarlanan şəxs 20 Yanvar küçəsi, 31 saylı evdə qeydiyyatda olan 57 yaşlı İsmayıl İbişovdur. O, səfil həyatı sürüb. Buna görə həyat yoldaşı və iki övladı ilə münasibətləri soyuq olub.
İ.İbişov daim həmin ünvanda gecələyib. Hadisə baş verən gün isə mənşəyi bəlli olmayan spirtli içki qəbul edib. Nəticədə zəhərlənərək yuxuya dalıb və köməksiz durumda dünyasını dəyişib. İçki içdiyi zaman qaladığı ocağın közü onun üzünü yandırıb.
Qeyd edək ki, araşdırmalar başa çatdıqdan sonra İ. İbişovun meyiti torpağa tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-yanmis-veziyyetde-tapilmis-meyitin-kimliyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR