Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı

Peruda ağır yol qəzası baş verib: 11 ölü, 25 yaralı
05:17 15 May 2017
162 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Peruda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin yol polisi məlumat yayıb.
Məlumatda bildirilir ki, sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində azı 11 nəfər ölüb. "Andina" agentliyinin xəbərində bildirilir ki, hadisə Cənubi Amerika ölkəsinin Pasko regionunun mərkəzi şosesində baş verib. 
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Qəza zamanı həmçinin azı 25 nəfər xəsarət alıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/peruda-agir-yol-qezasi-bas-verib-11-olu-25-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR