Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub

Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub
06:55 15 May 2017
142 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yəmənin paytaxtı Sənada vəba epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, aprelin ayının sonundan Yəməndə vəba epidemiyasında 115 nəfər həlak olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Dominik Stilhart bildirib ki, ölkədə 8,5 mindən çox yoluxma halı qeydə alıblar.

Yəmən Səhiyyə Nazirliyi humanitar təşkilatları epidemiya ilə mübarizədə dəstək olmalarına çağırıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2754312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR