Mariana Vasileva: "Biz tamaşaçıları məyus edə bilməzdik"

Mariana Vasileva: "Biz tamaşaçıları məyus edə bilməzdik"
08:05 15 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Belə çox insanın gimnastlarımızı dəstəkləməyə gəlməsi, mənim üçün böyük xoşbəktlikdir. Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

"Hamıdan çox bizim qələbəmizi zaldakı azərkeşlər gözləyirdi. Mən Milli Gimnastika Arenasında belə çox insan görməkdan şad oldum. Azərkeşlər burada olmaqları ilə bizim etdiyimizə və uğurlarımıza sevgilərini və inamlarını göstərdilər. Biz onları məyus edə bilməzdik. Tamaşaçılara bədii gimnastikanı başa düşdüklərinə görə təşəkkür etmək istəyirəm. Onlar bütün gimnastlara dəstək olurdular və çətin elementləri reallaşdıran və səhv edən gimnastlara reaksiya verirdilər. Buna görə tamaşaçılara baş əyirəm. Mən onları növbəti yarışlarda yenə gözləyirəm. Bizə tam dolmuş zal qarşısında çıxış etmək çox xoşdur", - baş məşqçi deyib.

Mariana Vasileva həmçinin 19 may Budapeştdə başlayan Avropa Çempionatından gözləntiləri ilə bölüşüb: "Bu gün yeniyetmələrdən ibarət qrupun nümunəvi çıxışları olub. Ümid edirik ki, onlar üç dəfə səhvsiz çıxış edə biləcəklər və kürsüyə qalxacaqlar. Onlar çox gənc və perspektivlidirlər. Onlar iki dəfə Dünya Kubokunda içıxış ediblər və hər iki dəfə bürünc medal qazanıblar. Çox ümid edirəm ki, Marina Durunda finala düşə biləcək, axı bu, zədədən sonra çox vacibdir. Jalə Piriyeva və Zöhrə Ağamirova tam qüvvə ilə və ilk 20 gimnastın arasına düşmək ümidi ilə uçacaqlar - bizim üçün vacibdir ki, Azərbaycan növbəti Avropa Çempionatına iki kvota qazana bilsin", - Vasileva deyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR