"Azərbaycanın bədii gimnastları İslam Həmrəyliyi Oyunlarında layiqincə çıxış etdilər"

"Azərbaycanın bədii gimnastları İslam Həmrəyliyi Oyunlarında layiqincə çıxış etdilər"
08:17 15 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bədii gimnastları İslam Həmrəyliyi Oyunlarında layiqincə çıxış etdilər.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə 30 illik təcrübəsi olan baş maşqçi və idman veteranı Sara Nəsirova deyib.

"Bizim gimnastlar fərqlənir və bu mənim üçün çox xoşdur. Mənim üçün xoşdur ki, bizim qızlar öz ölkələrini laiqincə təmsil edirlər. Onlar çox yaxşı hazırlaşıblar. Onlara daha böyük uğurlar arzulayıram", - S.Nəsirova deyib.

O, qeyd edib ki, millinin uğurlarında məşqçilərində böyük rolu var.

S.Nəsirovanın sözlərinə görə, onun səviyyələri yaxşı olan Özbəkistan və Livan gimnastlarındanda xoşu gəlib.

"Amma şübhəsiz ki, Azərbaycan gimnastları medala layiqdilər", - idman veteranı deyib.

S.Nəsirova əlavə edib ki, tədbir çox yüksək səviyyədə keçir.

Azərbaycanda gimnastikanın inkişafından danışaraq S.Nəsirova qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə gimnastika federasiyasının prezidenti olandan, bu idman növü ölkədə inkişaf etməyə başlayıb və daha çox uşaq bu idman növü ilə məşqul olur.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR