Bakıda kafedə dava zamanı bir nəfər ağır xəsarət alıb

Bakıda kafedə dava zamanı bir nəfər ağır xəsarət alıb
08:22 15 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Firudin Ağayev küçəsində fəaliyyət göstərən kafelərdən birində əlbəyaxa dava olub. Nəticədə 34 yaşlı Yevgeniy Karol Anatoliyeviç bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kafede-dava-olub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR