IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlarda tamaşaçıların çoxu Azərbaycan gimnastlarına azərkeşlik edirdilər.
Milli.Az xəbər verir ki, tamaşaçılardan biri Rəşad Məmmədrəsulov Trend-ə bildirib ki, o, ilk dəfədir ki gimnastika üzrə yarışlara gəlir. Onu, bu idman növünə böyük həvəsi olan qızı Nəzrin gəlməyə razı salıb.
"Çox xoşuma gəldi. Yenədə gələcəyik", - R.Məmmədrəsulov deyib.
O, əlavə edib ki, onlar qızı ilə birlikdə Azərbaycan gimnastlarına azərkeşlik edirdilər və Marina Durundanın çıxışı onların çox xoşuna gəlib.
Bədii gimnastika üzrə finala gələn daha bir tamaşaçı Aysel Əliyeva Trend-ə bildirib ki, bu cür yarıçlara ilk dəfə gəlir.
"Çox xoşuma gəldi. Xüsusilə Marina Durunda xoşuma gəldi", - A. Əliyeva deyib.
O, əlavə edib ki, indi suya tullanma və üzgüçülük üzrə yarışlara getməyi planlaşdırır və gələcəkdə Bakıda gimnastika üzrə yarışlar olarsa onlarada gedəcəyini bildirib.
Daha bir tamaşaçı Tatyana Tarşilova Trend-ə bildirib ki, bədii gimnastikanı çox sevir, uşaqlıqda bu idman növü ilə bir neçə il məşğul olub və indi imkan olduqca Bakıda keçirilən yarışlara gəlir.
Onun sözlərinə görə, o, Avropa Oyunlarına və bədii gimnastika üzrə Dünya Kubokunada gedib. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara Tatyana Tarşilova anası və uşaqları ilə gəlib.
"Bizim çox xoşumuza gəlir. Azərbaycana azərkeşlik edirik. Marina Durundanı çox sevirik. O, çox gözəl çıxış etdi", - tamaşaçı deyib.
O, əlavə edib ki, rusiyalı gimnastlar Bakıda yarışlarda çıxış edəndə onların çıxışını maraqla sehr edir: "Onların çox sayda güclü idmançıları və maraqlı çıxışları var".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az