BMT: Mərkəzi Afrika Respublikasında silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürülüb

BMT: Mərkəzi Afrika Respublikasında silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürülüb
08:32 15 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasının Banqasu şəhərində silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürüldüyü ehtimal edilir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) rəhbərinə istinadən xəbər verib.
"Biz tezliklə zorakılıq nəticəsində öldürülənlərin sayına dair dəqiq məlumat verəcəyik. Lakin məlumdur ki, söhbət 20-30 qurbandan gedir" – deyə BMT-nin sülh missiyasının rəhbəri Parfe Onanqa Anyanga bildirib.
Missiya bundan əvvəl üsyançıların hücumu nəticəsində Mərakeşdən olan bir sülhməramlının Mərkəzi Afrika Respublikasının cənub-şərqindəki Banqasu şəhərində həlak olduğunu xəbər verib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-merkezi-afrika-respublikasinda-silahlilarin-hucumu-zamani-30-a-yaxin-dinc-sakin-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR