Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakıda 30 yaşlı kişi bıçaqlanıb
08:42 15 May 2017
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi küçəsində 30 yaşlı Əliyev Elçin Hüseyn oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə dava ilə nəticələnib və E.Əliyevə 2 bıçaq xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/544820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR