2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər - Futbol üzrə

2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər -  Futbol üzrə
09:03 15 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.

Bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”, deyə federasiya prezidenti bildirib.

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR