Loskov Rusiya futbol tarixinə düşdü

Loskov Rusiya futbol tarixinə düşdü
09:05 15 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Loskov Rusiya çempionatı tarixində rekorda imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya Premyer Liqasının 28-ci turunda "Orenburg"la görüşün start heyətində meydana çıxan Loskov 20-ci mövsümündə oynayıb. Bununla veteran futbolçu Serqey Semakı (19 mövsüm) geridə qoyub. Loskov 1997-2007 və 2010-13-cü illərdə "dəmiryolçular"ın şərəfini qoruyub. O, Moskva klubunda 420 oyuna çıxıb və 128 qol vurub. Bir müddət karyerasını başa vurduğunu bildirən havbek soradan yenidən yaşıl meydanlara qayıtmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR