"Aqrolizinq" kənd təsərrüfatı texnikasını sığortalamaq istəyir

"Aqrolizinq" kənd təsərrüfatı texnikasını sığortalamaq istəyir
09:22 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ "Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının sığortalanması xidmətinin alınmasına dair açıq tender elan edib.
"Report" dövrü mətbuata istinadən xəbər verir ki, tender iki lot üzrə keçirilir. Lot-1 üzrə traktor və özüyeriyən kənd texnikasının sığortalanması, lot-2 üzrə isə pambıqyığan kombaynların sığortalanması planlaşdırılır.
Qeyd edək ki, lot-1 üzrə iştirak haqqı 500 manat, lot-2 üzrə isə 300 manat təşkil edir.
Tender təklifi və bank təminatı 14 iyun saat 17:00-a qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanına təqdim edilməlidir. Zərflər 16 iyun saat 15:00-da iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə qeyd edilən ünvanda açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aqrolizinq-kend-teserrufati-texnikasini-sigortalamaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR