İki avtomobil toqquşdu: 4 yaralı

İki avtomobil toqquşdu: 4 yaralı
09:47 15 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun 185-ci kilometrliyində Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əfrayıl İsrafil oğlu Həşimovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Bakının Qaradağ rayon sakini Orxan Vaqif oğlu Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobil toqquşub.

Zərbənin gücündən "VAZ" yoldan çıxaraq aşıb. Nəticədə  "VAZ-2107" markalı maşında olan sərnişinlər - Kürdəmir rayon sakinləri, 37 yaşlı Rəşidə Arif qızı Şıxəliyeva, 58 yaşlı Qarakişi Əhməd oğlu Quliyev, 24 yaşlı Ruhanə Elçin qızı Cəbrayılova və 36 yaşlı Sveta Çingiz qızı İsmayılova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR