Türkiyədə 6 saata 525 min dollar qazandı - FOTOLAR

Türkiyədə 6 saata 525 min dollar qazandı - FOTOLAR
09:48 15 May 2017
96 Şou
Ölkə mətbuatı
A- A+

Nikol Kidman Türkiyədə 6 saata 525 min dollar qazanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollivudun məşhur aktrisası dünən Bodrumda bir hotelin açılışında iştirak edib. Avstraliyalı ulduz Türkiyədə 6 saat qalıb. Sadəcə hotelin açılışında iştirak etmək üçün gələn aktrisa 525 min dollar qazanıb.

Gözəlliyi və zərifliyi ilə diqqət çəkən Nikol Kidman dəvətlilər tərəfindən maraqla qarşılanıb. Qonaqlar ulduzla şəkil çəkdirmək üçün növbəyə düzülüb.

ABŞ-dan xüsusi təyyarə ilə gələn Nikol Kidman Bodrumu çox bəyəndiyini və yaxında uşaqlarıyla birlikdə burada istirahət edəcəyini söyləyib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR