Paytaxtda gecə 2 avtomobil yanıb

Paytaxtda gecə 2 avtomobil yanıb
09:55 15 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda gecə 2 minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda "Kia" markalı, minik avtomobilinin mühərrik hissəsi, 1 ədəd təkəri və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə “Range Rover” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2754356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR