Ərini bacısı ilə yataqda tutan qadın birini öldürdü, digərini yaraladı - Türkiyədə

Ərini bacısı ilə yataqda tutan qadın birini öldürdü, digərini yaraladı - Türkiyədə
10:05 15 May 2017
229 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Zonquldak vilayətində ailə faciəsi baş verib.

Aslıhan adlı qadın bazar günü qonaqlıqdan qayıtdıqdan sonra evdə inanılmaz mənzərə ilə qarşılaşıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, öz bacısı Cangülü həyat yoldaşı ilə yataqda tutub. Dəhşətə gələn qadın evdə xeyli qışqırdıqdan sonra mətbəxə gedərək bıçağı götürüb və yenidən yataq otağına daxil olub. Öncə bacısını öldürən Aslıhan daha sonra ərini bıçaqla yaralayıb.

Hadisənin şokundan ayıla bilməyən Aslıhan evi qaçaraq tərk etsə də, polis onu tapmağa nail olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR