Paytaxtda gecə iki avtomobil yanıb

Bakıda gecə 2 minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Yasamal rayonunda "Kia" markalı, minik avtomobilinin mühərrik hissəsi, 1 ədəd təkəri və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə “Range Rover” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR