Azərbaycan İpoteka Fondunun kredit portfeli 800 mln. manatı keçib

Azərbaycan İpoteka Fondunun kredit portfeli 800 mln. manatı keçib
10:12 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 800 152 760 manat məbləğində ipoteka krediti verilib.
“Report” AİF-ə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditlərini 19 112 nəfər alıb.
Başqa sözlə, adambaşına 41 866,51 manat kredit verilib.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondunun-kredit-portfeli-800-mln-manati-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR