"Mançester Yunayted" "Real"ın daha bir ulduzunu heyətinə qatmaq istəyir. Bu iddia ilə "RCN Radio" çıxış edib.
Məlumata görə, "qırmızı-şeytanlar" Ceyms Rodrigeslə artıq anlaşma əldə edib. "Real"da yetərincə forma şansı qazanmayan kolumbiyalı ulduzun meneceri Xorxe Mendes bir neçə gün əvvəl Florentino Perezlə görüşərək transferi müzakirə edib. Bildirilir ki, klub rəhbərliyi də Rodrigesi satmağa razılıq verib.
Qeyd edək ki, "Real" kolumbiyalı ulduzu 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edir. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub. (fanat.az)