Dəhşətli avtobus qəzasının görüntüləri yayıldı

Türkiyədə baş vermiş dəhşətli yol qəzasının görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, Muğla-Antalya yolundakı qəzada 24 nəfər ölüb. Görüntülərdə təkəri partlayan sərnişin avtobusunun sürətlə uçuruma yuvarlandığı görünür.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən 3 vətəndaşın şəxsiyyətini təsdiq etmək üçün DNT nümunələri alınıb. Şəxsiyyəti təsdiq olunan 21 nəfərin nəşi isə ailələrinə təhvil verilib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR