Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır
10:32 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.
“Report”un əldə etdiyi məlumata görə, bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılıb.
Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.
Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-biznes-kartlarindan-nagdlasdirmani-dayandirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR