Ey oyunlar, müharibəni dayandır

Ey oyunlar, müharibəni dayandır
10:34 15 May 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən həftə Azərbaycan  idman tarixinin parlaq səhifələrindən biri də yazıldı. Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi  oldu.  54  islam ölkəsinin  idmançıları  bir araya gəldi. Üzlər güldü, könüllər açıldı.

 

Açılış mərasiminə baxa-baxa  düşünürdüm ki, deyəsən, davalı, barıt qoxulu dünyamızı  oyunlar xilas edəcək. Oyun birləşməkdir. Oyun qovuşmaqdır. Oyun sülh  prosesinin  inkişafıdır.

 

Əllərdə bayraqlar, üzlərdə təbbəssümlər və  Qarabağda güllə səsləri...

Mətin addımlar, qələbəyə inam hissi, əllər yuxarı qalxan sevinc fəvvarəsi və Suriyada dağılan evlər,  axan qanlar, göydən tökülən bombalar...

 

Sevinc işıqları, 54 ölkənin  həmrəyliyi, qardaşlığı, oyunları və  şərq ölkələrində axıdılan qanlar, İŞİD, İraq və terrorlar...

 

 

Mənə elə  gəlirdi ki,  Bakının möhtəşəm  idman sarayından  dünyanın  ağrıyan, göynəyən yaralarına  məlhəm qoyulurdu. Güllələr susurdu.  İslam  Oyunlarının qarşısında  müharibə oyunları  gizlənirdi.

 

Yadıma gəlir, inişil Bakıda keçirilən  1-ci Avropa Oyunlarının  açılışı zamanı  sarayda oturduğum yerdə birdən-birə  içimdən var səsimlə qışqırmaq nidası gəldi: “müharibəni dayandır, olimpiada!”. Elə  o vaxt da, indi də  şəhərimizdə keçirilən idman oyunları  ürəyimizdəki müharibə çapıqlarını  azacıq da olsa, sağaltdı.  

 

İndi  bu gün Bakıda 54 ölkənin  idmançıları bir oyundadır, əsgərləri isə başqa bir oyunda.  Burda bayraqlar bir-birinə söykənir, əlləri  işıq  şüası kimi göyə bir qalxır, orda əllər ayrıdır, orda bayraqlar bir-birinin üzünə baxmır.

 

İdman yarışları müharibənin bir növüdür. Amma silahsız, bombasız, terrorsuz bir növüdür. Bəlkə ölkələr  aralarındakı siyasi anlaşmazlığı ordu ilə deyil, idman yarışları  ilə  həll eləsələr, dünyamız müharibəsiz, şirin-şirin  nəfəs alar.

 

Və idman oyunları müharibə oyunlarına  qalib gələr, alovları söndürər, hər idman növü səngərdən bir əsgər oğurlayıb öz sırasına qatar.

 

54 ölkənin  idman həmrəyliyi kaş siyasi həmrəyliyə  çevrilə  biləydi və mənə elə gəlir ki, Bakıda  keçirilən  bu 4-cü İslam Həmrəyliyi  Oyunları  siyasi həmrəyliyə atılan ilk addımdır.

 

Bu Oyunlar  bütün  dünyaya   göstərdi ki, islam dini  sülh, azadlıq, bərabərlik sevən bir dindir. 

 

İslamın düşmənləri tərəfindən atılan iftraların yalnışlığı   hər kəsə bəlli oldu. Bakının   oyunlara ev  sahibliyi etməsi göstərdi ki, Azərbaycan tolerant ölkədir.  Müharibəyə  “yox” deyən, azadlığı, bərabərliyi  təbliğ edən və verdiyi sözün arxasında  mərdanə dayanan bir dövlətdir.

 

54 ölkənin  İslam həmrəyliyi Qarabağda, Suriyada  və başqa  ölkələrdə müharibə ocaqlarını söndürə bilər.  Açılış mərasimində  idmançılar  müxtəlif dillərdə danışsalar da, bayraqları müxtəlif rənglərdə olsa da, sevinclərinin, alqıışlarının, gülüşlərinin  dini, dili birdir və  bu alqış səsləri  müharibə  ocaqlarına bahar yağışı kimi yağdı.

 

 

Oyunların Bakıda keçirilməsi  Azərbaycan dövlətinin mədəni, iqtisadi, siyasi  gücüdür.  Oyunlar vasitəsi ilə   Azərbaycan öz mədəniyyətini, qədimliyini,  ərazi bütövlüyünü, təmizliyini  və birliyini bütün dünyaya inteqrasiya edir və bu  oyunlar müharibə oyunlarını üstələyir.  

 

  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR