İslamiada çərçivəsində cüdo yarışlarında komandaların görüşü başladı

İslamiada çərçivəsində cüdo yarışlarında komandaların görüşü başladı
10:36 15 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının üçüncü gününə start verilib. Trend-in məlumatına görə, yarışların üçüncü günündə kişilər və qadınlar arasında komanda yarışları keçirilir.

İslam Həmrəyliyi Oyunlarında komanda yarışlarında kişilərin mübarizəsində ölkəmizi 7, qadınların yarışlarında 3 idmançı təmsil edir.

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında milli komandamız ümumilikdə 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunur.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR