Qızlar komandası oğlanların çempionatında çempion oldu

Qızlar komandası oğlanların çempionatında çempion oldu
10:37 15 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Qızlardan ibarət komanda oğlanların çempionatında çempion olub. Fanat.Az "New York Times"a istinadən xəbər verir ki, bu hadisə İspaniyada baş verib.


"AEM Lleyda" adlı qızlardan ibarət komanda İspaniyanın Lleyda bölgəsində keçrilən 15 yaşadək oğlanlar arasında çempionata qatılıb və 22 matçdan 21-ni qazanaraq birinciyeri tutub.


Maraqlıdı ki, İspaniyada qız və oğlanlardan ibarət futbolçular 14 yaşadək eyni liqada oynayır. "AEM Lleyda"nın futbolçuları 2014-cü ildən oğlanlara qarşı oynayır. 


Ölkədə kişi futboluna böyük dəstək olsa da, qızlara qarşı soyuqluq var. Hətta ötən ilə qədər qızlardan ibarət heç bir komanda sponsor tapa bilməyib. Ölkənin ən uğurlu qadın komandası isə Madrid "Real"ıdı.


Çempionluqdan sonra açıqlama verən "AEM Llyda"nın baş məşqçisi Joze Maria Salmeron "Biz qızların potensialını tam olaraq ortaya çıxartmaq üçün oğlanlara qarşı oynamalarına qərar verdik. Çünki inkişaf etmək üçün güclü rəqiblərə ehtiyac var" deyib.


Salmeron qız futbolçuların tez-tez tribunalardan söyüldüyünü və təhqir olunduğunu bildirib: "Ən pisi odur ki, söyüşləri və təhqirləri rəqib oğlan futbolçuların anaları edir". 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qzlar-komandas-olanlarn-cempionatnda-cempion-oldu-t58090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR