Fransada matəm elan edilib

23:47 7 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 23:45 ]

Bakı – APA. Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.

 

“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram.  Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə  “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR