FAO Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə kömək etməyə hazırdır

FAO Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə kömək etməyə hazırdır
10:52 15 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin formalaşdırılmasına və fəaliyyətinə kömək etməyə hazırdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə FAO-nun baş direktorunun müavini, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.

O qeyd edib: "Şadam ki, Azərbaycan hökuməti Prezidentin fərmanı əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərar qəbul edib".

V.Raxmanin bildirib ki, bu, mühüm və müstəb qərardır: "Qida məhsullarının təhlükəsizliyi üzrə səmərəli sistemin təmin olunması üçün ölkə hökumətinin qərarı FAO-nun əsas tapşırıqlarına cavab verir".

Baş direktorun müavini əlavə edib ki, belə agentliyin yaradılması Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyi standartlarını yüksəltməyə imkan verəcək və ölkənin ixrac potensialını artıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/544877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR