Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub
10:52 15 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Bakı şəhər sakinindən saxta əsginaslar götürülüb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əskinaslar götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-saxta-eskinazlar-hazirlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR