Aİ Şurası "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək

Aİ Şurası "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək
10:57 15 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Brüsseldə keçiriləcək Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında noyabr ayına planlaşdırılan növbəti "Şərq Tərəfdaşlığı" sammiti üzrə hazırlıq müzakirələri aparılacaq.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseldə yüksək çinli avropalı məmur bildirib.
"Bu gün bir növ sammitə hazırlıq məqsədilə müzakirələri keçiriləcək", - o deyib.
Mənbə iyunun 19-da Lüksemburqda "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyini, noyabrın 24-də isə Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitinin baş tutacağını qeyd edib.
Mənbə bildirib ki, bugünkü müzakirələr "Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkə (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus) ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı üzrə öhdəliklərimizi nazirlərin diqqətinə çatdırmaq baxımından yerinə düşən imkan və bütün prioritet layihələr üzrə tərəqqinin yekun dəyərləndirməsi üçün əla fürsətdir.
O vurğulayıb ki, Aİ Şurasında ayrı-ayrı ölkələrə xüsusi diqqət ayrılmayacaq, ancaq nazirlər özləri üçün vacib olan xüsusi məsələləri qaldıra bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ai-surasi-serq-terefdasligi-sammitine-hazirliq-meselelerini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR