Sabirabadda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb

Sabirabadda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb
10:57 15 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada xəstəxanada ölüb.
"Report" xəbər verir ki, hadisə mayın 5-də rayonun Ulacalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini Səməndər Alışov idarə etdiyi "VAZ-21214" markalı avtomobillə yolu keçən həmkəndlisi Səid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən S.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-yol-qezasinda-xesaret-alan-piyada-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR