Musiqiçi Facebook-un canlı yayımında özünü yandırdı - VİDEO - FOTO

Musiqiçi Facebook-un canlı yayımında özünü yandırdı - VİDEO - FOTO
11:06 15 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

33 yaşlı musiqiçi Cerd Maklimor ölüb.

Millli.Az "The Sun"a istinadla bildirir ki, Cerd özünə qəsd edib. O, Facebook-un canlı yayımında bədəninə benzin tökərək özünü yandırıb.

Cerd Amerikanın Tenessi ştatının Memfis şəhərindəki barın yaxınlığında intihar edib.

Görüntülərə görə, onun dostlarından biri qaçaraq Cerdin yanına gəlir və ona mane olmağa çalışır.

Cerd özünü yandırmazdan öncə sevgilisi onun bir addım yaxınlığında olub.

Şahidlərin dediyinə görə, o, özünü yandırmazdan əvvəl sevgilisinə "sağol" deyib.

Musiqiçi təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

33 yaşlı musiqiçi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR