Qadın cüdoçularımız komanda yarışına qələbə ilə başladı

Qadın cüdoçularımız komanda yarışına qələbə ilə başladı
11:08 15 May 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışlarına qoşulub.

Trend-in məlumatına görə, ilk görüşdə qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR