"İçerde"nin aktyor və aktrisaları futbol oynadılar - FOTO

"İçerde"nin aktyor və aktrisaları futbol oynadılar - FOTO
11:12 15 May 2017
Ölkə mətbuatı
A- A+

"İçerde" serialının bütün aktyor və aktrisa heyəti xeyriyyə məqsədi ilə meydançaya çıxıb futbol oynayıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Minik Kalpler İçerde" adlı yardıma ehtiyacı olan uşaqlara aid layihə üçün bir müddətdir müxtəlif tədbirlərə qatılan sənətçilər dostluq qarşılaşmasında "Ağrı" qız futbol komandası ilə üz-üzə gəlib.

"İçerde" 1:2 hesbaı ilə məğlub olub və yeganə qolu serialın baş qəhrəmanı Çağatay Ulusoy vurub. Komandanın baş məşqçisi isə serialın "Yusif müdir"i, Mustafa Uğurlu, komandanın qapıçısı Seyithan Özdemir (Minik), oyunun hakimi isə Barış Kıralioğlu (Musa) olub.

Oyundan maraqlı anlar mayın 20-də yayımlanacaq. Qarşılaşmadan gələn bütün gəlir dərnəyin hesabına köçürüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR